Vəkillərin istintaqı məqsədli şəkildə uzatmaq imkanı olmayacaq - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Vəkillərin istintaqı məqsədli şəkildə uzatmaq imkanı olmayacaq - ÖZƏL

İstintaq prosesinin müəyyən mərhələsində təyin olunmuş vəkil ondan öncə aparılmış istintaq hərəkətlərinin onun iştirakı ilə təkrar aparılmasını tələb etmək hüququndan məhrum ediləcək.

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Publika.az-a bildirib ki, Cinayət-Prosessual Məcəlləsinə belə bir dəyişiklik edilməsi ilə bağlı parlamentə prezident tərəfindən yeni qanun layihəsi təqdim olunub.

Qanunvericiliyə belə bir dəyişikliyin edilməsində məqsəd təqsirləndirilən şəxs və onun vəkili tərəfindən istintaq prosesinin süni şəkildə qəsdən uzadılması hallarının qarşısını almaqdır.

“Bildiyiniz kimi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etmək istəyi onun hüququdur. Amma istintaqın müəyyən mərhələsindən təqsirləndirilən şəxs istəməsə belə, müstəntiq ona vəkil verir. Yaxud da, istintaqın müəyyən mərhələsində təqsirləndirilən şəxs vəkil istəyir. Bu zaman prosesə daxil olacaq vəkil ondan öncə aparılmış istintaq hərəkətlərinin onun iştirakı ilə təkrar aparılmasını tələb edə bilməyəcək. Hazırda qüvvədə olan qanunvericilik isə vəkilə belə bir hüquq verirdi. Bununla da istintaq müddətini süni şəkildə artırmaq mümkün idi”,- o bildirib.

Qanun layihəsi komitənin iclasında müzakirə edildikdən sonra parlamentin iclasının gündəliyinə salınacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm