TQDK 7-ci sinif dərsliklərinin monitorinqinə başlayır
Bizi izləyin

Qırmızı.az

TQDK 7-ci sinif dərsliklərinin monitorinqinə başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ümumtəhsil məktəblərinin 7-ci sinif dərsliklərinin monitorinqinə başlayır. Bu barədə Publika.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi üçün ayrı-ayrı fənlər üzrə işçi qrupları yaradılıb.


İşçi qruplarına dərslik komplektləri və həmin sinif üzrə dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi nəticəsində formalaşmış rəylər təqdim edilmiş və onlara dərslik komplektlərinin Azərbaycan və rus dillərində olan variantlarının birgə təhlili, həmin komplektlərin məzmuna, dil, yazı üslubuna, dizayn və bədii tərtibatına, tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa yenidən baxılması üçün tapşırıqlar verilib.


Növbəti həftədən etibarən ayrı-ayrı fənlər üzrə işçi qrupları fəaliyyətə başlayacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm