Nazirliyin internat evinin sakini olimpiadada qızıl medal qazandı
Bizi izləyin

Qırmızı.az

Nazirliyin internat evinin sakini olimpiadada qızıl medal qazandı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray 7 saylı internat evinin sakini Tağıyev Həbib Vəli oğlu Belçikanın Antverpen şəhərində keçirilən növbəti “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında qızıl və gümüş medallara sahib olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, əqli cəhətdən qüsurlu idmançılar arasında keçirilən, dünyanın 58 ölkəsindən 2000 nəfər idmançının iştirak etdiyi bu beynəlxalq səviyyəli mötəbər idman tədbirində Həbib Tağıyev bacarıqlı idmançı kimi diqqəti cəlb edib. O, stolüstü tennis üzrə şəxsi yarışları gümüş, qarışıq yarışları isə qızıl medalla başa vurub. H.Tağıyev uzun müddətdir ki, idman sahəsində özünü sınayır və indiyədək bir çox yarışlarda mükafatlar əldə edib.

Qeyd edək ki, “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” bu oyunlarda iştirak edən, 27 idmançıdan ibarət Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, Azərbaycan idmançıları bu yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu nəticələr nümayiş etdirərək, 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm