O xəbərləri, o statusları silin! – Bəyanat
Bizi izləyin

Qırmızı.az

O xəbərləri, o statusları silin! – Bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttindəki vəziyyətlə bağlı 24 sentyabr 2014-cü il tarixli sərəncamına Jurnalist Ekspert Mərkəzi reaksiya verib.

JEM-dən Axar.az-a daxil olan məlumatda bildirilir ki, dövlət başçısı sərəncamında Prezident Admnistrasiyasına, Müdafiə Nazirliyinə, cəbhə bölgələrinin icra strukturlarına, xüsusən də bu qurumların mətbuat xidmətlərinə ciddi tapşırıqlar verib. İlham Əliyev Azərbaycan mətbuatında, sosial şəbəkələrdə, ümumiyyətlə, internet resurslarında düşmənin xeyrinə yayılan xəbərlərin, statusların, yazıların monitorinqinin aparılmasının vacibliyini vurğulayıb, Nazirlər Kabinetinə tapşırıb ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

JEM yaydığı bəyanatda Azərbaycan prezidentinin sərəncamına böyük ehtiyac olduğunu, bu üzdən sənəddə əksini tapan bütün bəndlərin təhlükəsizliyimizə qarant duracağını vurğulayıb:

“Jurnalist Ekspert Mərkəzi hələ 2 ay öncə “Düşmən mətbuatına istinada son qoyaq” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində çox sayda tanınmış jurnalist təxribat xarakterli xəbərlər yayanları qınadı, Mərkəzin əməkdaşları baş redaktorlardan sorğular hazırlayıb KİV-ə yaydı”.

Bəyanatda qeyd olunur ki, mətbuatımızın düşmənə istinadən yaydığı xəbərlər, sosial şəbəkələrdəki statuslar hələ də arxivdə qalır. O məlumatların içərisində hərbi sirr sayılan məlumatlar da olmamış deyil. JEM KİV orqanlarına müraciətlə həmin xəbərləri silməyə çağırıb:

“Hörmətli həmkarlar, düşmənin məkrli niyyətinə xidmət edən xəbərlər əsasən internet resurslarının arxivlərində hələ də qalır. Sizdən xahiş edirik, həmin xəbərləri, statusları silin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm