• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

18 ana doğuş zamanı dünyasını dəyişib

18 ana doğuş zamanı dünyasını dəyişib

"Hər bir ana ölümü Səhiyyə Nazirliyini və onun rəhbərliyini narahat edir". Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.

O bildirib ki, ildən-ilə ana ölümlərinin sayı azalır: "10 il əvvəlki rəqəmlərə baxdıqda il ərzində 34 ana ölümü qeydə alınıb. Ötən il isə bu rəqəm 25-ə enib. Bu ilin 9 ayı ərzində 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin bu rəqəmin aşağı olmasına çalışmalıyıq".

Nazir müavini həmçinin əhaliyə tövsiyyə edib ki, həkimə vaxtında müraciət etsinlər: "İnsanlar, xüsusən də gənc analar öz sağlamlığına diqqətlə yanaşsınlar".

Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutduğunu söyləyən E. Ağayev qeyd edib ki, artım əmsalı 12, 8-dir: "Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində 170 mindən artıq uşaq doğulub".

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR