• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İcbari tibbi sığorta yaxın günlərdə tətbiq oluna bilər

İcbari tibbi sığorta yaxın günlərdə tətbiq oluna bilər

"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri gedir". Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.


O bildirib ki, bu, əvvəl pilot şəkildə həyata keçiriləcək, sonra isə bütün respublikanı əhatə edəcək: "Yaxın zamanlarda bunu tətbiq edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi əvvəlcə problemlə qarşılanıb. Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib. Bütün bunları nəzərə alaraq biz bu işə elə başlamaq istəyirik ki, sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi düşünürük. Qanunvericilik bazası da hazırdır".


Nazir müavini ailə həkimi məsələsinə də toxunub və Azərbaycanda bu təcrübənin olduğunu bildirib: "Artıq bir neçə ildir ki, Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş vüsət alacaq. Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə həkimləri öz funksiyasını daha yaxşı göstərəcək".

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR