Yağışlı hava davam edəcək
Bizi izləyin

Qırmızı.az

Yağışlı hava davam edəcək

Yaxın 2-3 gün ərzində Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti davam edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 26-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.


Bakı və Abşeron yarımadasında sentyabrın 26-da havanın temperaturu gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.


Azərbaycanın bölgələrində sentyabrın 26-da əsasən Böyük və Kiçik qafqaz ərazilərində, eyni zamanda Lənkəran-Astara bölgəsində şimşək çaxacaq, yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm