Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək

Bakıda sentyabrın 26-da Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı nəzərdə tutulub.

Tədbirdə "Ölkəmizi tanıyaq", "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihələri haqqında çıxışlar olacaq, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərilən xidmətinin, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, I Avropa oyunlarının Azərbaycanda keçirilməsi haqqında müzakirələr aparılacaq, "Baku Guide" bələdçi kataloqunun təqdimatları keçiriləcək.

Konfransda həmçinin Azərbaycanda turizmin inkişafını təsvir edən videoçarx nümayiş olunacaq, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Turizm İşçisi" döş nişanı ilə təltiflər, Bakı Turizm İnformasiya Mərkəzinin Fəxri Diplomları ilə təltif olmalar həyata keçiriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm