Azərbaycanda RNT- genomlu viruslar aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda RNT- genomlu viruslar aşkarlanıb

Azərbaycanın müxtəlif bölgələrində xəstə bitki nümunələri üzərində aparılmış müayinələr zamanı 8 nümunədə RNT- genomlu viruslar aşkar edilib. Bu barədə Publika.az-a AMEA-nın Botanika İnstitututunun Elmi İnformasiya və İnnovasiya şöbəsindən məlumat verilib.

Belə ki, ölkənin gənc alim və doktorantları, eləcə də mütəxəssislərin iştirakı ilə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahələrinə, Samux, Quba rayonlarının fermer təsərrüfatlarının tərəvəz sahələrinə və üzüm plantasiyalarına, həmçinin Abşeronda Əkinçilik və Tərəvəzçilik İnstitutlarının təcrübə sahələrinə ekspedisiyalar təşkil olunub.

Aparılan çoxsaylı fitopatoloji monitorinqlər zamanı virus xəstəliyinin xarakterik simptomlarına əsaslanan vizual diaqnostika əsasında xəstə bitki nümunələri, eləcə də neqativ kontrol kimi sağlam bitki nümunələri toplanılıb. Xəstə bitki nümunələri seroloji (ELİSA, BİOREBA, İsveçrə) və molekulyar metodlarla (RT-PCR) analiz olunmuş və RNT-genomlu viruslar aşkar edilib.

Qeyd edək ki, monitorinq “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihəsi əsasında həyata keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm