Almaniyalı professorlar azərbaycanlı tələbələrə dərs keçiblər - VİDEO
Bizi izləyin

Qırmızı.az

Almaniyalı professorlar azərbaycanlı tələbələrə dərs keçiblər - VİDEO

Almaniyalı professorlar Bakı Slavyan Universitetinin filologiya fakültəsinin tələbələrinə mühazirə deyiblər. Bilik Fondunun İnformasiya təminatı sektorundan Publika.az-a verilən məlumata görə,mühazirəni Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru Klaus Volf deyib.

Almaniyalı professorların metodikası qeyri-adiliyi ilə seçilib. Tələbələrə Alman ədəbiyyatı barədə olduqca maraqlı məlumatlar verən müəllimlər adlarını çəkdikləri şairlərin şeirlərini tələbələrlə birgə söyləyib, onların sözlərinə yazılmış mahnıları da bir yerdə oxuyublar.

Professorların sözlərinə görə, bu pedaqoji metod ilə tələbələrin ədəbiyyata sevgisi artır, müəllifin üslubunun qavranılması, əsərlərin mahiyyətinin daha yaxşı dərk edilməsi asanlaşır. Almaniyalı professorlar məşğələnin təşkilində göstərdiyi köməyə görə Bilik Fonduna minnətdarlıq ediblər və gələcəkdə belə dərslərin keçirilməsi üçün Fond rəhbərliyi ilə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm