Mənzildə köməksiz vəziyytədə qaldı
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz vəziyytədə qaldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyytədə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə pəncərənin dəmir barmaqlılarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar. Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm