Tikintiyə icazə üçün yeni şərtlər müəyyən edildi
Bizi izləyin

Qırmızı.az

Tikintiyə icazə üçün yeni şərtlər müəyyən edildi

Nazirlər Kabineti “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nı təsdiq edib.

Publika.az xəbər verir ki, qərara əsasən bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda isə abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlər həyata keçirilməlidir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm