Qırmızı.az
80-dən çox məhkum əfv üçün müraciət edib - AÇIQLAMA
İki ay ərzində 80-dən çox məhkum əfvlə bağlı müraciət edib
Virtualaz.org bildirir ki, bunu açıqlamasında Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.
O, qeyd edib ki, fevral ayı ərzində də əvflə bağlı məhkumaların özləri və ailələri müraciətlər edirlər: “Yanvarın sonlarında bizə əfvlə bağlı müraciətlər daxil olub. Fevral ayında da bu mürciətlər təmin edilib. Bu ayın sonunda müaricətlər Əfv Məsələləri üzrə Komissiyaya göndəriləcək. Dekabr ayı ərzində Komissiyaya 3 dəfə müraciət göndəriliib. Bu ay ərzində, müraciətlərin sayı 60-a yaxın olub. Yanvar ayı ərzində 15-20-yə yaxın əfvlə bağlı müraciət olunub. Fevral ayında da müraciətlər daxil olmaqdadır və onlar da təmin olunur”.
V. Məhərrəmov həbsxana həyatı sürən tanınmışların əfvlə bağlı müraciət etmələri məsələsinə də aydınlıq gətirib: “Onların ailələri və özləri bizə əfvlə bağlı müraciət etməyiblər. Onlar barəsində də bizə məlumat daxil olmayıb. Məhkumaların aliə üzrləri və yaxud onların özləri bizə müraciət göndərirlərsə, biz onları Komissiyaya göndəririk. Göndəriş də Əfv Etmə Haqqında Əsasnamənin tələblərinə uyğun olmalıdır. Ağır cinayət törətmiş şəxslər cəzalarının yarı hissəsini çəkdikdən sonra əfvlə bağlı müraciət hüququnu əldə edirlər. Yüngül cinayət törədən şəxslər isə cəzalarının üçdə birini çəkdikdən sonra əfvlə bağlı müraciət edə bilərlər. Bu baxımdan biz məsələni araşdırırıq və məhkumun azadlığa çıxma vaxtı çatıbsa onunla bağlı müraciət göndəririk. Biz əfvlə bağlı sərəncamın verilməsini gözləyirik. İnanırıq ki, bu prosseslər davamlı olacaq". /ANS/
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR