• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əflatun Amaşov din xadimləri ilə görüşdü

Əflatun Amaşov din xadimləri ilə görüşdü

Mətbuat Şurasının sədri Əflatun Amaşov Din Xadimlərini Təkmilləşdirmə Kurslarında olub. Publika.az-ın məlumatına görə, təkmilləşdirmə kurslarının müdavimləri ilə görüşdə Ə.Amaşov kursların fəaliyyətə başlamasını müsbət hadisə kimi dəyərləndirib. O, layihənin Azərbaycandakı din-dövlət münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Əflatun Amaşov ölkəmizdə mətbuatın vəziyyəti, KİV-in ictimai-siyasi həyatdakı rolu, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında din xadimlərinə məlumat verib. Mətbuat Şurasının sədri dini mövzuların mətbuatda işıqlandırılması ilə bağlı fikirlərini də bölüşüb, bu sahədə çalışan jurnalistlərin peşəkarlığının artırılmasını vacib sayıb.

Sonda qonaq müdavimləri maraqlandıran suallara cavab verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təşkil edilən Din Xadimlərini Təkmilləşdirmə Kurslarında dövlət xadimləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimai təşkilatların rəhbərləri, tanınmış alimlər müdavim-ruhanilər qarşısında çıxışlar edərək müxtəlif mövzularda mühazirələr söyləyirlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR