Dövlət orqanları işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Dövlət orqanları işçi axtarır

Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Publika.az-a verilən məlumata görə, müsabiqəyə 49 dövlət orqanından 335 yer üzrə 291 vəzifə çıxarılıb. Vakant yerlər birinci instansiya məhkəmələrində, TQDK, DSK, Mədəniyyət və Turizm Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarındadır.

Ümumi müsahibəyə isə 9 dövlət orqanından 51 vakant yer üzrə 49 vəzifə çıxarılıb.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı sentyabrın 26-dan oktyabrın 27-dək, ümumi müsahibədə iştirak etmək istəyənlər isə bu gündən oktyabrın 15-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.

Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə(müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm