TQDK V-VI siniflər üçün yeni vəsaitlər nəşr edib
Bizi izləyin

Qırmızı.az

TQDK V-VI siniflər üçün yeni vəsaitlər nəşr edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V-VI siniflər üçün yeni vəsaitlər nəşr edib.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, vəsaitlər yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanıb. Hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliklərinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu dərc edilib.

Bu vəsaitlərdə təqdim olunan bəzi test tapşırıqlarında ənənəvi test tapşırıqlarından fərqli olaraq, düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır. Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə, əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur.

Vəsaitləri TQDK-nın binası yanındakı “Abituriyent” köşkündən almaq və ya internetlə sifariş vermək olar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm