• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nazir: "Azərbaycan dünya turizm bazarında öz yerini formalaşdırır"

Nazir: "Azərbaycan dünya turizm bazarında öz yerini formalaşdırır"

"Əhali qiymət artımından narahat olsa da, amma bizim monitorinqlərimiz göstərdi ki, bu il Azərbaycanda turizm sektorunda qiymət artımı müşahidə olunmayıb".

Publika.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, bu yay, xüsusilə bölgələrdə 2, 3 ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq, qiymət və xidmət tarazlığı müşahidə olunub:

“Bu, bizi sevindirir. Proses davam edəcək və biz bununla qane olmaq istəmirik”.

Nazir həmçinin bildirib ki, Azərbaycan artıq dünya turizm bazarında özünəxas yer tutur: “Biz bununla məhdudlaşmaq istəmirik. Oktyabrın 1-də Səmərqənddə keçiriləcək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik. Azərbaycan dünya turizm bazarında az da olsa öz yerini formalaşdırmaqdadır”.

Amid

Xəbər lenti

DAHA ÇOX XƏBƏR