Qırmızı.az
Nazirliyin qaynar xəttinə 500-ə yaxın müraciət daxil olub
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə
dair sualların operativ və vaxtında cavablandırılması məqsədilə
yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə yanvar ayında 500-ə
yaxın müraciət daxil olub.
Publika.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə,
müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər,
istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin
səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumilikdə isə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 23 min
500-dən çox müraciət edilib.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə
cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq
qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları
tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və
müvafiq tədbirlər görülür.
Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil
telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə
Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə
cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə,
qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq
saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən
göstərilən telefon məlumat xidməti ödənişsizdir.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR