• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pasportun girov götürülməsi ilə bağlı işlərə hansı orqan baxmalıdır?

Pasportun girov götürülməsi ilə bağlı işlərə hansı orqan baxmalıdır?

Konstitusiya Məhkəməsi Nərimanov rayon məhkəməsinin müraciətini icraata qəbul edib.

Konstitusiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, müraciətdə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin şərh edilməsi xahiş olunur.

Nərimanov rayon məhkəməsi müraciətində qeyd edir ki, vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının qanunsuz alınması və ya girov götürülməsi ilə bağlı icraatı aparan dövlət orqanı müəyyənləşdirilməyib.

Belə ki, İXM-nin 331.1-ci maddəsi ilə inzibati xəta hesab olunan şəxsiyyət vəsiqələrinin və ya pasportların verilməsindən əsassız imtina edilməsi, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsi və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsi ilə bağlı işlərə baxan orqan kimi Daxili İşlər Nazirliyi müəyyən edilsə də, həmin sənədlərin qanunsuz alınması və girov götürülməsi ilə bağlı inzibati xətalara baxan dövlət orqanı yoxdur.

Nərimanov rayon məhkəməsi qeyd edir ki, bu kimi inzibati xətalarla bağlı işlərə məhkəmə baxıb müvafiq qərar qəbul edə bilər, yoxsa həmin məsələ ilə bağlı müraciətlər Daxili İşlər Nazirliyinə göndərilməlidir?

Qanunvericilikdə olan bu mübahisəli məsələyə şərh verilməsi Konstitusiya Məhkəməsindən xahiş olunur. Müraciətə Konstitusiya Məhkəməsinin Plenumunun oktyabrın 23-də keçiriləcək iclasında baxılacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR