XİN-dən Türkiyədə tələbələrimizin ölümünə Reaksiya
Bizi izləyin

Qırmızı.az

XİN-dən Türkiyədə tələbələrimizin ölümünə Reaksiya

Uşaq şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğu üçün Baş konsulluq tərəfindən zəruri tədbirlər görülür.

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmasların davam etdirildiyini bildirib:

“Həlak olanların cənazələrinin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib. Yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm