Qənirə Paşayeva Somada çıxış edib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Somada çıxış edib

Somada baş vermiş mədən faciəsinin ardından 100 şairin 301 şəhid mədənçinin xatirəsinə həsr etdikləri şeirləri bir yerə toplanaraq "Soma şeirləri Antologiyası" adlı kitab şəklində nəşr edildi.

Bu şairlər Somada görüşərək kitabda yer alan şeirlərini somalılara təqdim etdilər. Kitabların satışından əl ediləcək gəlirlərin Mehmet Akif Ersoya bağışlanacağı qeyd edildi. Somanın mərkəzində Cengiz Topel Meydanında həyata keçirilən tədbirdə Azərbaycanın millət vəkili Qənirə Paşayeva, habelə Azərbaycandan bir çox şair və sənətçilər daxil olmaqla təqribən 100-ə yaxın peşəkar və həvəskar şairlər iştirak edirdi. Somadakı mədən faciəsi ilə əlaqədar maaşını 301 mədənçi ailəyə bağışlayan millət vəkili Qənirə Paşayeva çıxış da etdi. Tədbirin təşkilatçılarından biri, tanınmış şair Mehmet Metin Baş tədbirin açılışında çıxş edərək onun keçirilməsindəki məqsədi və önəmi anlatdı və tədbirə qatılan bütün ziyalılara təşəkkür etdi. Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə Mehmet Metin Baş öz çıxışında millət vəkili Qənirə Paşayevanın bir aylıq maaşını Soma şəhid ailələrinin hesabına köcürdüyünü mərasim iştirakçılarının diqqətinə çatdırdıraraq təşəkkürünü bildirib. Bunu özünə bir borc hesab etdiyini deyən millət vəkili Qənirə Paşayeva bütün şəhid ailələrinə, qardaş Türkiyə və türk xalqına təkrar bassağlığı verərək inşallah bri daha böylə acılar yaşanmaz deyib.

Millət vəkili Qənirə Paşayeva bütün Azərbaycan heyətini səhnəyə dəvət edərək çıxışında bildirdi: “Biz buraya Azərbaycan xalqının duyğu ve düşüncələrini gətirdik. Bu bizim ortaq acımızdı. Yəni Türkiyənin acısı bizim də acımızdı. Azərbaycanın ümummili lideri Heydər Əliyevin dediyi kimi, "biz bir millət iki dövlətik" və Türkiyənin bütün acılarını canımızdakı kimi hiss edərik. Somada yaşanan o acı olayları da hamımız Azərbaycanda göz yaşlarıyla, acıyla, üzüntüyle anmaqla bərabər, biz burdakı qardaş-bacılarımızın yanında olduğumu göstərmək üçün kiçik bir şey olsun belə onların yanında olaq deyə Somayla bağlı həyata keçirilən kampanyalara, çalışmalara dəstək verməyi özümüzə bir borc bildik. Çünkü gələcək nəsillərimizə də çox önəmli bir mesajdı, əgər Azərbaycanın bir acısı varsa, o Türkiyənin, Türkiyəmizin bir acısı varsa, o da Azərbaycanın acısıdır. Bu gün Somada bir araya gəldik. Bu acılarımızı paylaşdıq. Şəhid anaları, şəhid xanımları, uşaqları ilə bu acıları, bu acılarımızı paylaşdıq. İnşallah nə Türkiyəmizdə, nə Azərbaycanımızda, nə Türk dünyasında belə acılar yaşanmasın. Analar gözü yaşlı qalmasın, uşaqlar atasız böyüməsin deyirik. İnşallah Somanın xoşbəxt günlərini paylaşmaq üçün gələk.

Biz buna inanırıq. İnşallah Somanın xoşbəxt günlərini də bir gün paylaşacağımıza inanırıq” dedi. Mərasimdə cıxış edən millət vəkili Azərbaycanın ümumilli problemi olan Qarabağın işğalından, Ermnistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğalda saxlamasından, 20 mindən çox insanımızın şəhid olmasından, 1 milyon azərbycaanlının hələ də öz evinə dönə bilməməsindən, 10 minlərlə insanın bu işğal zamanı sağlamlığını itirməsindən də söz açaraq bir şəhid analrının, ailələrinin, cocuqlarının acısının nə olduğunu çox yaxşı bilirik və inşallah yaxın günlərdə birlikdə və bərabərlik içində Ermənistanın işğal etdiyi Azərbaaycan torpaqlarımızı da işğaldan azad edəcəyik və Qarabağda da birlikdə toplantılar, tədbirlər keçirəcəyik.Somaya gələn dəfə gələndə mutluluqları paylaşmaaq üçün gələk inşallah. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva tədbirin tışkilatçılarına Azərbaycan bayrağı hədiyyə edib və asın qoy bayraqlarımız Somada da bərabər dalğalansın. İnşallah dünya var olduqca bayraqlarımız qoşa dalğalanacaq deyib. O tədbirin təşkilatçılarına və şəhid ailərinin təmsilçilərinə Azərbaycan tarixi, mədəniyyəti,Qarabağ həqiqətlərinə dair kitablar, filmlər, materiallar və hədiyyələri təqdim edib.

Tədbrin təşkilatçıları millət vəkili Qənirə Paşayevaya verdiyi dəstək və tədbirdə iştirakına görə özlərinin və şəhidlərin ailələri adından təşəkkür edərək ona xatirə hədiyyələri təqdim ediblər. Hədiyyələri səhnəyə dəvət etdiyi bəzi şəhid ailələrinə bağışlayan millət vəkili Qənirə Paşayeva Türkiyə ilə bərabər qardaş Azərbqaycan və dünyanın hər yerində yaşayan Azərbaycan türkləri qardaşlarınız da sizin yanınızdadır, bunu unutmayın və sizə bundan sonar heç zaman bu kimi acıları təkrar yaşamamağı və gözəl günlər diləyirəm deyib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayevaya dəstəyindən dolayı paket təqdim edildi.

Tədbirdə Türkiyədən və Azərbaycanda şair və sənəçilər çıxışlar edərək Somadakı insanlarımızın yanında olduğunu deyiblər. Azərbaycanlı şair və sənətçilərinin tədbirdə geniş və yüksək səviyyədə iştirakı Somalılar tərəfindən rəğbətlə qarşılanıb .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm