Qubada 4 avtomobil toqquşub: Ağır yol qəzası - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qubada 4 avtomobil toqquşub: Ağır yol qəzası - FOTOLAR

Qubada zəncirvari qəza baş verib. Publika.az-ın “Regional TV”yə istinadən məlumatına görə, şəhərin Vaqif küçəsində qeydə alınan qəzada 4 avtomobil toqquşub.

Qubada zəncirvari qəza baş verib. Publika.az-ın “Regional TV”yə istinadən məlumatına görə, şəhərin Vaqif küçəsində qeydə alınan qəzada 4 avtomobil toqquşub.

Avtomobillərin hamısı "VAZ-2107” markalı nəqliyyat vasitələridir. Qəza zamanı Quba rayonunun 23 yaşlı sakini Cəlil Ramazanovun idarə etdiyi 40-BK-529 nömrəli avtomobillə 40 yaşlı Hidayət Tayıbovun eyni markadan idarə etdiyi 90-GL-340 qeydiyyatlı avtomobil toqquşub. Yol buz olduğundan, qəzaya düşən avtomobillər ərazidə hərəkətsiz vəziyyətdə olan, Quba rayon sakinləri 28 yaşlı Arif Hacıbəyova məxsus 90-KR-878 və 29 yaşlı Elçin Süleymanovun idarə etdiyi 90-EC-067 dövlət qeydiyyatlı avtomobillərə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisəyə ilkin səbəb kimi Cəlil Ramazanovun idarə etdiyi avtomobilin dayanma qaydasına riayət etmədən əsas yola çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm