Beyləqanda rəisin həbsinin DETALLARI
Bizi izləyin

Qırmızı.az

Beyləqanda rəisin həbsinin DETALLARI

Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun həbsi təsdiqləndi.

Şöbədən Publika.az-a bildirilib ki, hazırda İlham Pənahov işdən azad olunub. Onun yerinə əvəzedici təyin olunub.

Beyləqan rayon prokurorluğundan isə deyilib ki, İlham Pənahov işində verdiyi nöqsanlara görə prokurorluqda dindirilib. Belə məlum olur ki, rəisin əməlləri barədə araşdırma bir müddət əvvəl başlanıbmış.

Xatırladaq ki, aznews.az-a Beyləqan rayon sakini bildirib ki, İ.Pənahovun və onun iş yoldaşı Eldarın həbs edilməsini Milli Təhlükəsizlik Nazirliyi həyata keçirib: “Hadisə təxminən 7 gün öncə baş verib. Tutulan şəxslər iki il öncə Gürcüstan vətəndaşına saxta pasport verdiklərinə görə ittiham edilir. Hazırda onların harada olması haqda heç kəsdə bilgi yoxdur” deyə mənbə bildirib”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm