“ASAN xidmət” əməkdaşları peyntbol oynayacaq
Bizi izləyin

Qırmızı.az

“ASAN xidmət” əməkdaşları peyntbol oynayacaq

Oktyabrın 3-də “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda Peyntbol Turniri keçiriləcək. Xidmətdən Publika.az-a verilən məlumata görə turnirin əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.

Turnir 16 komanda və hər bir komandanın tərkibində 6 idmançı olmaqla təşkil ediləcək. Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.

Peyntbol idman növü gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Belə ki, hərbi vətənpərvərliyin artırılması sahəsində peyntbol idman növünün xüsusi yeri vardır.

Turnirdə 1, 2 və 3 -cü yerləri qazanacaq komandalara və digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaq.

İdmançıların mükafatlandırılması mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm