Jirinovski tələbələri sorğu-sual etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Jirinovski tələbələri sorğu-sual etdi - FOTOLAR

Azərbaycanda səfər olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Bakı Slavyan Universitetində olub.

Teleqraf.com-un məlumatına görə, universitetin rektoru Asif Hacıyevlə, o cümlədən müəllim və tələbələri ilə görüşən V.Jirionovski Azərbaycanda rus dilinə diqqət göstərildiyini bildirib. O, Bakı Slavyan Universitetinin fəaliyyət göstərməsindən məmnun olduğunu dilə gətirib.

V.Jirinovskini deputat Səməd Seyidov müşayiət edib. O, qonaqlar üçün nəzərdə tutulan kürsüdə deyil, tələbələrin yanında oturmağı üstün tutub. O, görüşdə tələbələrlə rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb. Rus əsərlərindən tələbələrə suallar verən Jirinovski onların cavablarından məmnun qaldığını ifadə edib.

Universitetdə güclü təhlükəsizlik tədbirləri görülüb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm