• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sabiq nazir qatili tapmaq üçün hərəkətə keçdi -Təfərrüat

Sabiq nazir qatili tapmaq üçün hərəkətə keçdi -Təfərrüat

Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun qətlə yetirilən xalası oğlunun işi üzrə istintaq davam edir.

Axar.az-ın özəl qaynaqdan əldə etdiyi məlumatda bildirilir ki, sentyabrın 1-i Bakıda xüsusi amansızlıqla qətlə yetirilən şəhər sakini Füzuli Haqverdi oğlu İsgəndərovun qatili hələ də tapılmayıb. Hazırda istintaqın davam etdiyini deyən qaynağımızın sözlərinə görə, sabiq nazir Ə.Ələkbərov xalası oğlunu öldürən şəxsin tapılması üçün özü də hərəkətə keçib, F.İsgəndərovun düşməninin harada ola biləcəyi istiqamətində ehtimalları ilə istintaqa fəal şəkildə yardım edir.

Polis qatilin kimliyini artıq müəyyən edib, onun tutulması istiqamətində tədbirlər görür. Bu şəxsin 25 yaşında olduğu deyilir və qaynağımızın iddiasına görə, qatilin ölkədən qaçdığı istisna olunmur. Bunun üçün də İnterpola axtarış veriləcəyi gözlənilir.

***

Mənbənin sözlərinə görə, mərhumun tamah məqsədi ilə qətlə yetirildiyi ehtimal olunur. Çünki 50 yaşlı F.İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb. Daha sonrakı dövrdə biznes fəaliyyəti ilə məşğul olub. İstintaqın ehtimalına görə, cinayətkar (və yaxud cinayətkarlar) avqustun 29-da qızına toy edən sabiq məmurun toyuna külli miqdarda pul yığıldığı düşüncəsində olublar. Güman olunur ki, cani də onun evinə məhz qarət niyyəti ilə daxil olub, maneə ilə üzləşdiyini gördükdə isə başqa seçimi olmayıb. Odur ki, əlbəyaxa olub və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumu öldürülüb.

***

F.İsgəndərov Babək prospektində yerləşən evinin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş verib. Qatil onun boğazını kəsərək öldürüb və maskada olub. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb. Süpürləşmədə qatilin maskası üzündən çıxıb. Qadın bütün qızılları və pulları verəcəyini deyib və onu öldürməməsi üçün yalvarıb. Nəticədə qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR