• USD 1,7008 +0,01% EUR 2,0342 +0,65%
    • GBP 2,3097 +0,68% RUB 0,0294 +0,68%

Bakıda avtoxuliqan saxlanıldı

Bakıda avtoxuliqan saxlanıldı

Bakıda avtoxuliqan saxlanılıb.


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, sentyabrın 26-sı saat 09:30 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi "Hyundai-Veloster" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün orada xidmətdə olan Sabunçu RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olması və sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S.Abdulrəhmanov tərəfindən qaçırıldığı müəyyən edilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>