Qırmızı.az
Qısqanc ər arvadını döyüb öldürdü
İsmayıllıda ər qısqanclıq zəminində həyat yoldaşını döyüb öldürüb.
İsmayıllı rayon prokuroru Rahib Seyidov Publika.az-a bildirib, rayonun Girk kəndində Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına ölümlə nəticələnən müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.
Məlumata görə, Şöhrət Qarayev dostlarından birinin məclisində
qonaq olub və orada spirtli içki qəbul edib. Axşam saatlarında
evinə qayıdan ərin həyat yoldaşı ilə mübahisəsi düşüb. Mübahisənin
qızışması tərəfləri, xüsusən də Şöhrəti özündən çıxarıb. Belə ki,
sərxoş və qəzəbli ər həyat yoldaşını qonşuluqdakı kişiyə baxıb
güldüyü səbəbilə döyməyə başlayıb. Nəticədə, Şöhrət Qarayev həyat
yoldaşı Vəliyeva Hilalxan Elçin qızına müxtəlif dərəcəli bədən
xəsarətləri yetirib. Daha sonra zərərçəkən xəstəxanaya çatdırılıb.
Lakin xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün
olmayıb. Baş nahiyəsindən aldığı güclü zərbələr onun ölümünə
gətirib çıxarıb.
Əlavə edək ki, dünyasını dəyişən qadın 5 uşaq anası idi və ən kiçik
övladı 3 həftə əvvəl dünyaya gəlib.
Amid
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar