Milli Parkda ”Sağlamlıq yürüşü”
Bizi izləyin

Qırmızı.az

Milli Parkda ”Sağlamlıq yürüşü”

Səhiyyə Nazirliyi Dünya Ürək Günü münasibətilə Dənizkənarı Milli Parkda ”Sağlamlıq yürüşü!” devizi altında marafon keçirir.


Publika.az-ın məlumatına görə, marafonun keçirilməsində məqsəd ictimai diqqəti ürək xəstəlikləri problemlərinə yönəltmək, əhalini maarifləndirməkdir. İnsanları sağlam həyat tərzi yaşamağa, idmanla məşğul olmağa çağıran marafonda beş yüzədək insan iştirak edib.


Yürüş qalibləri nazirlik tərəfindən mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2001-ci ildən etibarən 29 sentyabr dünya ürək günü kimi qeyd olunur. Məqsəd ürək-damar sistemindəki problemlərə diqqətin cəlb olunmasıdır.

Ümumdünya Səhiyyə Təşiklatının məlumatına görə, hazırda dünyada ölümə ən çox səbəb olan xəstəlik məhz ürək-damar sistemindəki çatışmazlıqdır. Bu xəstəliklərdən hər il 17,5 milyon insan dünyasını dəyişir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm