• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Avtovağzal avtobusların sayını artırır

Avtovağzal avtobusların sayını artırır

Beynəlxalq Avtovağzal Qurban bayramı münasibətilə gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Publika.az-a Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bütün rayonlara gedən rayonlara gedən avtobusların sayı artırılacaq:

“Qurban bayramı ilə əlaqədar olaraq Beynəlxalq Avtovağzal oktyabr ayının 2-dən 7-dək gücləndirilmiş iş rejiminə keçəcək. Sözsüz ki, bayram günləri adi günlərdən daha çox sərnişin olacaq. Bu baxımdan avtobusların sayı artırılacaq. Bayram günlərinə az qalmış daha çox hansı istiqamətdə sərnişin axınının çoxaldığını nəzərə alaraq, o istiqamətdə avtobusların sayını artıracayıq”.

Avtovağzal rəsmisinin sözlərinə görə, bayram günlərində gün ərzində 600-ə qədər nəqliyyat vasitəsi təxminən 1500 nəfərin xidmətində olacaq.

“Bəzi istiqamətlər üzrə biletlər satılıb. 10 gün əvvəldən biletlərin həm də onlayn satışı başlayır. Sərnişinlər istədikləri istiqamətə bilet əldə edə bilərlər”.

M.Abdullayev onu da vurğuladı ki, bayram günlərində avtobuslarda gediş haqqlarının süni şəkildə qaldırılmasına ciddi nəzarət edilməsi üçün xüsusi komisiya yaradılıb.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri də qeyri-iş günü olacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR