Həbsxanaya mineral su qabında araq gətirdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya mineral su qabında araq gətirdi - FOTO

Şəki penitensiar müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu, Zaqatala rayon Aşağı Tala kənd sakini vətəndaş Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun gətirdiyi sovqatın içərisindən bir ədəd “Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki - araq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, M.Hacıyev Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm