Azərbaycanda telekanal əməkdaşları döyüldü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda telekanal əməkdaşları döyüldü

Ötən gün saat 18:00 radələrində Kanal S-in qaynar xəttinə Baş Göynük kəndində qəza baş verməsi ilə əlaqədar məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan çəkiliş qrupu isə orada qəzadan sonra əzilən avtomobili yox, bir qrup sərxoş insanın yumruğunu görüblər. Belə ki, çəkiliş qrupu hadisə yerinə çatanadək qəzanı törədən insanlar avtomobili kənarda olan ağaclıqlarda gizlədərək təcili yardım maşını ilə xəstəxanaya yollanıblar.

Həmin an kənardan keçən 99-GV-659 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobili saxlayaraq, bir qrup şəxs çəkiliş qrupu tərəfə hücum edib. Kanal S-in xidməti avtomobilinə daxil olaraq orada olan müxbiri Xələf Xələfov, operator Namiq Abdurahmanov, sürücü Ramil Rəsulova qarşı fiziki güc tətbiq ediblər və maşında olan Kanal S-ə məxsus kameranı sındırıblar. Jurnalistlərə qarşı nalayiq sözlər işlədən bu insanlar, eyni zamanda kameranın yaddaş kartına həkk olunan materialı operatorun əlindən alıb çaya atıblar. Hadisə yerinə dərhal gələn hüquq-mühafizə və dövlət yol polisi əməkdaşları araşdırmaları apardıqları zaman həmin "Land Rover" markalı avtomobil bir neçə dəfə ərazidən keçib və onu lentə almaq mümkün olub.

Jurnalistlərin döyülməsinə və Kanal S-in kamerasının qırılmasına səbəb olan qəzada isə bir nəfər yüngül xəsarət alıb. Ona görə də öz əməllərini ört-basdır etməyə çalışıblar və avtomobili hadisə yerinin yaxınlığında olan ağaclıqda gizlədiblər. Belə ki, hadisə zamanı Hüseynov Hüseyn Kasçin oğluna məxsus 90-HP-152 nömrə nişanlı “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri, 43 yaşlı Bakı sakini Hüseynova Ayna Abid qızı xəsarət alıb. Yaralı TTTYS-nın əməkdaşları tərəfindən Şəki MRX-ya çatdırılıb. Qeyd edək ki, qəzaya uğrayan şəxslər toydan çıxıb və onların sərxoş vəziyyətdə olması ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm