Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

Sentyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə saatlarında Abşeron yarımadasının bəzi ərazilərində intensivləşəcəyi ehtimal olunur.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

Belə ki, bu gün Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Bölgələrin hara durumuna gəlincə, bu gün gecə və axşam saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm