MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 24-cü iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 24-cü iclası keçirilib

Tacikistan Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Düşənbədə Müstəqil Dövlətlər Birliyi Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 24-cü iclası keçirilib.

Tacikistanın baş prokuroru Şerxon Salimzodanın sədrliyi ilə keçən iclasda MDB ölkələrində prokurorluq orqanları sahəsində əməkdaşlıq proqramının yerinə yetirilməsi, baş prokurorların iş təcrübəsinin öyrənilməsi, istintaq məsələləri, narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.
Şuranın iclasında 2014-2018-ci illərdə insan alveri ilə mübarizə sahəsində atılacaq addımlar, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, həmçinin korrupsiya ilə mübarizə, insanların hüquqlarının qorunması, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq müqavilələrin yerinə yetirilməsi məsələlərinə də diqqət yetirilib.

Ümumilikdə Şuranın iclasında 14 məsələyə baxılıb.

Şuranın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi barədə qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm