İranın gömrük idarəsinin rəhbəri Bakıya səfər edəcək
Bizi izləyin

Qırmızı.az

İranın gömrük idarəsinin rəhbəri Bakıya səfər edəcək

Sentyabrın 29-da İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Məsud Kərbasiyan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin dəvəti ilə Bakıya səfər edəcək.

Səfər ərəfəsində mətbuat nümayəndələrinin suallarını cavablandıran M. Kərbasiyan bildirib ki, azərbaycanlı həmkarı ilə keçirəcəyi görüşdə sərhəd-keçid məntəqələrindəki vəziyyəti, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolu və əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə edəcək.
Səfər çərçivəsində M. Kərbasiyanın Azərbaycanda bir sıra digər görüşləri də nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm