Ağcabədidə toyda dava: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Ağcabədidə toyda dava: 1 ölü, 3 yaralı

Ağcabədi rayonunda toy mərasimində kütləvi dava düşüb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, dava zamanı bıçaqlananlar və döyülərək müxtəlif bədən xəsarəti alanlar var.

Dava Hacıbədəlli kənd sakini Sərvər Cabbarovun toy mərasimində baş verib. Dava nəticəsində 19 yaşlı Elnur Mehman oğlu Məmmədov və Elmidar Eldəniz oğlu İsmayılov bıçaqlanıb. Bıçaqlananlardan Elnurun anası Nəzakət Abbasova, Elmir Məmmədov və Nizami Abbasov isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağcabıdi rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Bakıdan toya qonaq gələn Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Hadisə şahidlərinin bildirdiyinə görə, dava toyda oynamaq üstündə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm