Qırmızı.az
İran vətəndaşı Ələt-Astara magistral yolunda ağır qəza törədib - FOTOLAR
Ötən axşam saat 21 radələrində Ələt-Astara magistral yolunda zəncirvari qəza baş verib. Hadisə magistralın 204-cü kilometrliyində, yolun Lənkəran rayonunun Velədi kəndi ərazisindəki körpüdə baş verib.
Məlumata görə, İran İslam Respublikası vətəndaşı 53 yaşlı Mirmuh
Məhəmməd Nadirin idarə etdiyi “MAN” markalı ağır tonnajlı yük
maşını Ələt istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib və
Lənkəran rayonunun Osaküçə kənd sakini 25 yaşlı Adıyev Elnur
Miroglan oglunun idarə etdiyi “VAZ 2109” markalı avtomaşınla
toqquşub. “MAN” markalı yük maşının arxasınca hərəkətdə olan,
Lənkəran şəhər sakini 27 yaşlı Fərid Hüseynovun idarə etdiyi
“Hyundai SantaFe” markalı avtomaşın isə öz növbəsində yük maşınına
çırpılıb.
Toqquşmadan sonra “Hyundai SantaFe” yolun sol tərəfində olan dərəyə
aşıb. Zəncirvari qəzada “VAZ 2109” markalı avtomaşının sərnişini 24
yaşlı Velədi kənd sakini Sadiq Tağıyev müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Qəza nəticəsində magistral yolda avtomobillərin hərəkəti 2 saata
yaxın dayanıb. Aparılan profilaktik tədbirlərdən sonra, magistralda
nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yolun buzlu
olması göstərilir.
Hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra
məlum olacaq. /anspress/
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü