Gecə saatlarında Bakıda və bölgələrdə yanğın hadisələri baş verib
Bizi izləyin

Qırmızı.az

Gecə saatlarında Bakıda və bölgələrdə yanğın hadisələri baş verib

Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 1 otaqlı evin

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sumqayıt şəhərində tikilməkdə olan maşınqayırma sexinin ümumi sahəsi 10000 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m və sexin içərisinə yığılmış tikinti materiallarının qalıqları 15 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstrksiyaları 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ağdaş rayonu, Pirəzə kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 3 otaqlı və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm