Metroda problem yaşandı
Bizi izləyin

Qırmızı.az

Metroda problem yaşandı

Bu gün səhər saatlarında metronun “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasından depoya göndərilib. Publika.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, sərnişinlər qatardan boşaldılıb. Metro əməkdaşları sərnişinlərə qatarda nasazlıq olduğunu bildiriblər.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında qatarda hər hansı nasazlığın olmadığını deyib.

“Gündəlik iş qrafikinə uyğun olaraq qatarlar müxtəlif stansiyalardan depoya göndərilir. Bu hadisə günün müxtəlif saatlarında həyata keçirilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm