Ana və qızını maşın vurdu
Bizi izləyin

Qırmızı.az

Ana və qızını maşın vurdu

İstirahət günləri Bakıda iki piyadanın ölümü və bir piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə sentyabrın 27-də Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində 1994-cü il təvəllüdlü Elşən Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobillə 1961-ci il təvəllüdlü Çimnaz Ələkbərovanı və qızı, 1989-cu il təvəllüdlü Arzu Tahirini vurub. Nəticədə Ç.Ələkbərova hadisə yerində ölüb, A.Tahiri isə xəstəxanada yardım alaraq evə buraxılıb.

Piyadanın ölümü ilə nəticələnən daha bir ağır yol nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Belə ki, bu gecə saat 00:30 radələrində Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində 1991-ci il təvəllüdlü Yusif Hüseynli idarə etdiyi «Mercedes» markalı avtomobillə 1961-ci il təvəllüdlü Adıgözəl Gözəlovu vurub. Nəticədə A.Gözəlov aldığı xəsarətdən hadisə yerində ölüb.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm