Qənirə Paşayeva Hindistan Milli Konqresinin lideri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Hindistan Milli Konqresinin lideri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Hindistan Milli Konqresinin lideri Sonya Qandi ilə görüşüb.

Hindistana səfəri çərçivəsində Hindistan Milli Konqresinin lideri Sonya Qandi ilə görüşən millət vəkili,Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva mehriban və səmimi qəbul üçün təşəkkür edərək dünya səviyyəsində dünyanın ən güclü qadınları siyahasında uzun illərdir ön sıralarda yer alan xanım Qandi ilə görüşməkdən böyük məmuniyyət duyduğunu deyib. Görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqaladə və səlahiyyətli səfiri İbrahim Hacıyev Azərbaycan Hindistan münasibətlərinin inkişafına toxunaraq bu münasibətlərin daha da inkişafı üçün böyük potensial olduğunu və əməkdaşlığın gələcəyə doğru daha da genişlənəcəyin deyib və fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanla Hindistan arasıda qədim zamanlardan başlayan tarixi münasibətləri xüsusi vurğulayaraq Azərbaycan, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar, Qarabağ münaqişəsi barədə də danışıb. Parlamentdə Azərbaycanın ön cəbhə bölgələrindən birini təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə dönə bilməməsi və onların çəkdikləri özəlliklə mənəvi əziyyətləri xüsusi vurğulayıb. Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Parlamentində Azərbaycan-Hindistan Parlamentlərarası Dosluq Qrupunun fəaliyyətindən və əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətindən də danışıb. Azərbaycanın bütün müsəlman Şərqində qadınlara ilk olaraq 1918-ci ildə seçib seçilmək haqqı verən bir ölkə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən böyük və önəmli işlərdən də danışıb. Hindistanın keçmiş baş naziri İndira Qandinin hələ sovet illərində Bakıda Atəşgahda olmasını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva sizi hər zaman Azərbaycanda görməkdən məmun olarıq deyib.

Millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı Hindistanda görməkdən çox məmun olduğunu deyən Milli Konqresin lideri Sonya Qandi Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu deyib və səylərin artırılmasının vacibliyinə toxunub. Millət vəkilinin Azərbaycan-Hindistan münasibətlərinin tarixi kökləri ilə bağlı söylədiyi faktların onun üçün çox maraqlı olduğunu bildirən Sonya Qandi Qənirə Paşayevaya “Dünyaya adını yazan Qadınlar” kitabında İndira Qandi və özünün haqqında yazdığı maraqlı məqalə, həyat hekayələri üçün də təşəkkür edib və bu cür kitabların önəmini xüsusi vurğulayıb. Dünyanın ən nüfuzlu qadınlarından yazmağın vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu cür qadınların böyüyən gənc qızlara böyük örnək və stimul olduğunu deyib və bunun da qadınların dünyanın və cəmiyyətlərin, toplumların həyatında rolunun artması və inkisaf üçün böyük əhəmiyyət daşıdığını deyib və Azərbaycanda qadınların cəmiyyətin bütün sahələrində artan rolunu xusisi vurğulayıb. Qadınların cəmiyyətdə rolunun artması, savadlı olmalarının vacibliyinin əhəmiyyətini vurğulayan Hindista Milli Konqres Partiyasının lideri Sonya Qandiyə millət vəkili Qənirə Paşayeva isə 3 cildlik kitabını imzalayaraq hədiyyə edib və verdiyi dəyər üçün təşəkkürünü bildirib.

Azərbaycan və ölkəmizin inkişaf göstəriciləri ilə bağlı Hindistan Milli Konqresinin lideri Sonya Qandinin bir sıra suallarını cavablandıran millət vəkili Qənirə Paşayeva ona Azərbaycan tarixi,mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətlri ilə bağlı materiallar, kitablar və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. Millət vəkili Qənirə Paşayeva Sonya Qandiyə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloğunu da təqdim edib. Səfir İbrahim Hacıyev də millət vəkili ilə bərabər Sonya Qandiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm