Zəlzələ ilə bağlı komissiya yaradıldı
Bizi izləyin

Qırmızı.az

Zəlzələ ilə bağlı komissiya yaradıldı

Bu gün səhər saatlarında baş vermiş zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb. Bu barədə Publika.az-a Qəbələ rayon icra hakimiyyətindən məlumat verilib.

Komissiya zəlzələ nəticəsində yaşayış sahələri və inzibati binalara hər hansı bir zərər dəyib-dəymədiyini araşdırır:

“Bu vaxta qədər hər hansı dağıntı ilə bağlı məlumat daxil olmayıb. Lakin köhnə evlərdə kiçik çatların olması istisna edilmir. Komissiya bütün bu halları araşdıracaq”.

Qeyd edək ki, bu gün səhər saatlarında bir-birinin ardınca Qəbələdə iki zəlzələ baş verib. Birinci zəlzələnin maqnitudası 6 bal olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Hüseynova zəlzələnin Qəbələyə yaxın rayonlarda hiss edildiyini bildirib:

“Konkret hansı rayonlarda hiss edilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Bunun üçün hər bir rayon üzrə məlumatlar bizə tədricən təqdim edilir. Xınalıqda da zəlzələ hiss edilib”.

V.Hüseynova ərazinin seysmoaktiv olduğunu nəzərə alaraq, bu cür zəlzələlərin baş verməsinin normal olduğunu deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm