Qırmızı.az
Təhsil Nazirliyindən məktəbli kitabçalarındakı reklamlara reaksiya
Məktəbli kitabçalarında mobil operatorların təklif etdikləri tariflərdən tutmuş, internet paketləri haqqında məlumatlara qədər müxtəlif reklamlar yerləşdirilib. Sosial şəbəkələrdə də bu barədə yeni şəkillər yayılıb.
Gündəliklərin təkcə ön və arxa hissələrində deyil, dərs tapşırıqlarını qeyd etmək üçün nəzərdə tutulan cədvəllərin də arasında müxtəlif reklamlara rast gəlmək mümkündür.
Məktəbli kitabçalarında bu hal bir neçə ildir müşahidə edilir. Təhsil Nazirliyi hər dəfə kitabçaların onlar tərəfindən çap edilmədiyini əsas gətirərək, məsuliyyət daşımadıqlarını bildirib. Məsələ yenidən gündəmə gəldiyindən Təhsil Nazirliyinə yenidən sorğu ilə müraciət etdik.
Publika.az-ın sorğusuna cavab belə oldu:
“Təhsil Nazirliyi bu məsələ ilə məşğul olmur. Gündəliklərin çapı özəl nəşriyyatlar tərəfindən həyata keçirilir”.
Xatırladaq ki, bu kitabçalar bir neçə ildir məktəblərdə satılırdı. Bu ildən isə məktəblərdə satış dayandırılıb.
Gülxar
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO