• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Həbsxanada kətənin içindən narkotik çıxdı

Həbsxanada kətənin içindən narkotik çıxdı

Bakıdakı 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı “OZMO” kətəsinin içərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elbrus Cavadov Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Amid

Xəbər lenti

DAHA ÇOX XƏBƏR