• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İSO standartlarının tətbiqi ilə bağlı forum keçiriləcək

İSO standartlarının tətbiqi ilə bağlı forum keçiriləcək

İnformasiya texnologiyaları və təhlükəsizliyi standartlarının təşviqi üzrə Forum keçiriləcək. Bu barədə Publika.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.Forum növbəti ay keçiriləcək. Forumun əsas məqsədi ölkəmizdə bu sahədə olan İSO beynəlxalq standartlarının tətbiqi, mövcud sahələrə inteqrasiya imkanlarını müəyyən etməkdir. Belə ki, İSO 27000 “İnformasiya təhlükəsizliyi”, İSO 20000 “İnformasiya texnologiyaları idarəetmə sistemləri”, İSO 22301 “Proseslərin davamlılığı” adlı standartların tətbiqi əsas hədəflərdir.

Forumda Azərbaycanın, Rusiyanın aparıcı telekommunikasiya şirkətlərinin və Britaniya Standartlar İnstitutunun nümayəndələrinin məruzələri nəzərdə tutulur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR