• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Metropolitendən plagiat ittihamına CAVAB (YENİLƏNİB)

Metropolitendən plagiat ittihamına CAVAB (YENİLƏNİB)

Bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti loqosunu təqdim edib. Bu xəbərin ardınca sosial şəbəkələrdə Bakı Metropoliteninin yeni loqosu “Milli Kart” prosesinq mərkəzinin loqosunun eyni olması ilə bağlı məlumat yayıldı.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında iki loqo arasında oxşarlığın olmasını normal hesab etdiyini bildirib.

“Metropolitenin əvvəlki loqosunda da “M” hərfi var idi. Bir çox ölkələrdə metronun loqosu məhz bu hərflə ifadə edilir. Hərfin üzərindəki 5 rəng Metropolitenin konseptual inkişaf sxemini göstərir. Bu loqo o qədər sadədir ki, bunu plagiat etməyə ehtiyac yoxdur”.

12:02

“Baki Metropoliteni” QSC-nin yeni loqosu hazırlıanıb. Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

“Yeni loqo Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində nəzərdə tutulan 5 xəttin rənglərini təmsil edir. Artıq iki xəttimiz - yaşıl və qırmızı var. Sarı, bənövşəyi və mavi də olacaq”.

Yeni loqonun ideyası Metropolitenin özünə məxsusdur.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR