Qırmızı.az
Bakı sakini ağac kəsdiyi üçün 3600 manat cərimə olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.
Reyd zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində 24 sm
diametrində yaş köküstə 3 ədəd şam ağacının fiziki şəxs Yaşar
Məmmədov tərəfindən qanunsuz olaraq kəsilməsi faktı aşkar
olunub.
Faktla bağlı akt və protokol tərtib olunaraq Y.Məmmədov İnzibati
Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə müvafiq olaraq fiziki şəxs
qismində 3600 manat məbləğində cərimə olunub.
Qalan yaşıllıqların qorunub mühafizə olunması məqsədilə ərazi
Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin
əməkdaşları tərəfindən nəzarətə götürülüb.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!