Qırmızı.az
Prezident Həştərxanda uşaq bağçasının açılışında iştirak etdi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı olub.
Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.
Sonra bağçanın açılışı olub.
Binanın foyesində ulu öndər Heydər Əliyevin həyatı və siyasi
fəaliyyətini, dövlətimizin başçısı İlham Əliyevin Həştərxana
səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə
görülən işləri əks etdirən fotostend yaradılıb.
Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.
Prezident İlham Əliyevə məlumat verildi ki, 140 yerlik bağçada həm
Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları
təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6
yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün
zəruri avadanlıq və inventarla təchiz edilib.
Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
Bağça ilə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirdi.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO