Qırmızı.az
Gömrük komitəsi qaçaqmalçıları ifşa etdi
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Bu günlərdə Aksiz Baş Gömrük İdarəsində spirtli içkilərin qaçaqmalçılığı ilə bağlı fakt aşkarlanıb.
Belə ki, Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin - araqların respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi “MERCEDES BENZ SPRİNTER” markalı, “90-VU-566” dövlət nömrə nişanlı sərnişin mikroavtobusuna baxış zamanı həmin mikroavtobusda sərnişin qismində əyləşmiş İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “KREMLİN Avard” və “TALKA” araqları aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO