Məşhur iş adamının oğlunun ölümü ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Məşhur iş adamının oğlunun ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda tanınmış iş adamının övladlarının düşdüyü avtomobil qəzası ilə əlaqədar cinayət işi açılıb.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib, iki nəfər isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Trend-in məlumatına görə, Xəzər rayonu Türkan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb. Məlumata görə, sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sənan Mirzəyev orada ölüb.

Qeyd edək ki, ölən Sənan Mirzəyevin “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm